AZ

"Barselona"da YENİ MÜQAVİLƏ

"Barselona" futbolçusu İnyiqo Martinezlə müqavilə müddətini uzadacaq.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Kataloniya klubu 33 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər sözləşmə imzalayacaq. Artıq hər şeyin hazır olduğu bildirilir. Hazırda klub La Liqanın bütün sənədləri təsdiqləməsini gözləyir.

Qeyd edək ki, İnyiqo Martinezin "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Bizim.Media

Seçilən
12
5
bizim.media

10Mənbələr