AZ

Premyer Liqa: 24-cü tura Şamaxı və Zirədə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Öncə “Şamaxı” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

Bu, “Şamaxı” ilə “Turan Tovuz”un milli çempionatdakı 7-ci qarşılaşması olub. Əvvəlki 6 oyunda “Şamaxı” 1, “Turan Tovuz” 3 qələbə qazanıb, 2 oyun bərabərliklə yekunlaşıb. “Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” evdə heç vaxt qalib gəlməyib.

Turun qapanış matçı “Zirə” ilə “Kəpəz” arasında keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyunu Rauf Cabbarov idarə edəcək.

Bu komandaların əvvəlki 22 oyununda “Zirə” 11, “Kəpəz” 3 qələbə qazanıb, 8 görüşdə qalib müəyyənləşməyib. “Kəpəz” son 14 matçda qələbə qazanmayıb. “Zirə” son 4 görüşdə qalib gəlib.

Bu gün meydana çıxacaq komandalardan “Zirə” 42 xalla 3-cü, “Turan Tovuz” 39 xalla 4-cü, “Şamaxı” 21 xalla 8-ci, “Kəpəz” isə 19 xalla 9-cudur.

Premyer Liqa
24-cü tur
21 fevral

“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.

22 fevral

“Araz-Naxçıvan” – “Səbail” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdulla Zubir, 17 – Jesse Sekidika, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

23 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 17:00

Seçilən
17
1
arena.az

10Mənbələr