Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.