AZ

Kadırovdan Stalinlə bağlı SENSASİON PAYLAŞIM - "Lənətlənmiş, cinayətkar..."

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçen və İnquş xalqlarının deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.

Demokratikmusavat.com Musavat.com-a istinadən xəbər verir ki, Kadırov paylaşımda Sovet İttifaqının ikinci lideri olan İosif Stalini “lənətlənmiş” və “cinayətkar” adlandırıb.

"Bu gün Çeçen xalqının tarixində faciəli bir gündür. 1944-cü il fevralın 23-də lənətlənmiş İosif Stalinin qeyri-insani əmri ilə çeçenlər və inquşlar zorla Sibirə və Orta Asiyaya sürgün edildi. “Mərcimək” (Çeçevitsa) adlanan əməliyyata Lavrenti Beriya rəhbərlik edib.

Bu cinayətkar əmr böyük insan tələfatına səbəb oldu. Minlərlə insan yolda, ağır xüsusi yaşayış məntəqələrində aclıqdan, soyuqdan və xəstəliklərdən həyatını itirdi. Xalqımız nə qadına, nə qocaya, nə də uşaqlara rəhm etməyən qəddar rejimin iradəsi ilə əzab çəkməyə məhkum edildi", – deyə Ramzan Kadırov öz Telegram kanalında yazıb.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
62
49
Demokratikmusavat.com

10Mənbələr