AZ

Makron ilə Starmer niyə təcili Trampla görüşə gedirlər? - "Tayms" yazır

Bu ölkələrin liderləri Trampın Putinlə görüşməsini istəmirlər

Hurriyyet.az xəbər verir ki, "Tayms" ("The Times") qəzetinin diplomatik mənbələrə istinadla yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı RF ilə danışıqlardan imtina etməsi üçün dilə tutmağa çalışırlar. Qəzetin məlumatına görə, onlar bunun qarşılığında gələcəkdə Avropanın Ukraynanın təhlükəsizliyini təmin edəcəyini təklif edirlər.

Diplomatların verdiyi məlumata görə, iki ölkənin liderləi öz yanaşmalarını uzlaşdırmaq və Trampın münaqişəni bitirmək planlarına təsir göstərməyə cəhd etmək barəsində razılaşıblar.

Makronun Vaşinqtona səfəri bazar ertəsi, Starmerin ABŞ səfəri isə cümə axşamı gününə planlaşdırılıb. 

Hürr Tərcüman

Seçilən
14
1
hurriyyet.az

10Mənbələr