AZ

"Şəhid övladlarının incəsənət akademiyası"nın son təlimləri keçirilib - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin son dərs həftəsi geridə qalıb.

QHT.az xəbər verir ki, 7-12 yaşlı 25 məktəbli şəhid övladlarının iştirakı ilə keçirilən akademiyanın növbəti günündə iştirakçılar musiqi və rəsm sahələri üzrə təlimlərdə iştirak ediblər. Son dərs günündə akademiyamızın musiqi qrupunun üzvü, şəhid müddətdən artıq hərbi qulluqçu Elşən Orucovun oğlu Ehtiram Orucovun doğum günü qeyd olunub.

Qeyd edək ki, 3 ay davam edən layihə ərzində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçilən təlimlərdə iştirak ediblər. Təlimlər nəticəsində qazanılan bilik və bacarıqlar, həmçinin hazırlanan incəsənət nümunələri mart ayında təşkil olunacaq layihənin bağlanış mərasimində təqdim olunacaq.

Seçilən
66
3
qht.az

7Mənbələr