Xocalı soyqırımı—yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir. Həmin gecə yüzlərlə günahsız insan—qocalar, qadınlar, uşaqlar amansızcasına qətlə yetirildi, ailələr parçalandı, dinc sakinlər misli görünməmiş işgəncələrə məruz qaldı.
Bu gün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev və Vetennamine.az saytının baş redaktoru Aris Məmmədov olaraq, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, onların ağrı-acısını ürəkdən paylaşırıq.
Bu faciə təkcə bir xalqın deyil, bütün bəşəriyyətin yaddaşında qalmalıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Xocalı həqiqətlərini yaymalı, bu qanlı gecənin günahkarlarının ədalət qarşısında cavab verməsi üçün mübarizə aparmalıdır.
Xocalıya ədalət! Unutmadıq, unutmayacağıq!