Bakı. Trend:
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DövlətTəhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev vəXidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış“Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuatxidmətindən məlumat verilib.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlakolanların əziz xatirəsi dərin ehtiramla yad edilib.