AZ

Türkiyədə tarixi hazırlıq: böyük ekranlar quruldu, xalq meydanlara çağırıldı – TƏCİLİ

Türkiyənin DEM Partiyasının üzvlərindən ibarət heyət bu gün PKK terror qruplaşmasının İmralı həbsxanasında saxlanılan qurucusu Abdullah Öcalana baş çəkəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bunun Öcalanla partiya üzvləri arasında sayca üçüncü görüş olduğu bildirilir. Məlumata görə, görüşdən sonra açıqlama verilməsi üçün Diyarbəkir və Van bölgələrində küçələrə böyük ekranlar qurulub. Bələdiyyələr bu ərazilərdə yaşayanları çıxışı izləmək üçün meydanlara çağırıb.

Partiya üzvlərinin açıqlamasında Öcalanın terror qruplaşmasının üzvlərinə gözlənilən müraciətindən də danışılacağı bildirilir.

"Türkiyə" qəzeti yazır ki, terrorçubaşı A.Öcalan bu 4 mərkəzə PKK-nın fəaliyyətinin bitməsi ilə bağlı çağırış edəcək:

"- İraqdakı Kandil mərkəzinə;

- Suriyadakı PKK-PYG-SDQ qruplaşmasına;

- Avropadakı PKK təşkilatlanmasına;

- DEM partiyasına".

Məlumata görə, A.Öcalan bu istiqamətlərə çağırışında terror dövrünün bitdiyini bəyan edəcək və siyasi mübarizəyə keçid alındığını açıqlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
97
17
olaylar.az

10Mənbələr