AZ

Zelenski və Tramp Oval kabinetdə danışıqlara başlayıblar - Yenilənib

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar...

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.

Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.

Poliqon.info

Seçilən
92
6
poliqon.info

6Mənbələr