Türkiyədə iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az “İHA”ya istinadən xəbər verir ki, hadisə Hatay - Antakya Reyhanlı yolunda qeydə alınıb.
Məlumata görə, servis işçilərini daşıyan mikroavtobusu yol kənarında park edilmiş yük maşınına çırpılıb.
Zərbənin təsirindən mikroavtobus aşıb.
Qəza nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Namiq Musayev