Ağ Ev rəhbərinin müavini Den Skavino Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin iştirak etməli olduğu nahara hansı yeməklərin daxil olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu o barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nümayəndə heyətinə pomidor, kələm və qulançar ilə yaşıl salat təqdim edilməli idi. Qonaqlar üçün əsas yemək menyusuna rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyesi daxil edilib.
“Bu gün günortadan sonra Prezident Tramp və onun gözəl komandası ilə nahar oldu. Saat 13:30-da (Bakı vaxtı ilə 22:30) Prezident Tramp əlçatan olduğuna görə daha bir neçə komanda üzvünü dəvət etdi”, - Skavino yazıb.