AZ

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər

Bakı. Trend:

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçulararasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirikeçiriləcək.

Trend AzərbaycanBoks Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanmillisi həm oğlanların, həm də qızların mübarizəsində təmsilolunacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdəBilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) vəMəhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovunrəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı(50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81kiloqram) rinqə çıxacaq.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yeralacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-daBakıya dönəcək.

Məqalədə:
Seçilən
75
6
az.trend.az

10Mənbələr