AZ

“Şamaxı” “Səbail”ə, “Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında XXV tura start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Turun ilk qarşılaşması “ASCO Arena”da baş tutacaq. Autsayderlər qrupunda yer alan “Səbail”lə “Şamaxı” vacib xallar üçün mübarizə aparacaq.

Günün digər qarşılaşması Sumqayıtda keçiriləcək. Şəhərin qol həsrətində olan eyniadlı komandası çempionatın lideri “Qarabağ”la üz-üzə gələcək.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Misli Premyer Liqası
XXV tur
3 mart (bazar ertəsi)

17:00. “Səbail” – “Şamaxı”
Baş hakim:
Əliyar Ağayev
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Baş hakim:
Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

1

Qarabağ

24

18

3

3

60-15

57

2

Zirə

24

14

3

7

40-21

45

3

Araz-Naxçıvan

24

13

6

5

23-16

45

4

Turan Tovuz

24

11

9

4

32-24

42

5

Sabah

24

7

12

5

33-30

33

6

Neftçi

24

6

9

9

22-32

27

7

Sumqayıt

24

6

4

12

15-33

22

8

Şamaxı

24

5

6

13

21-31

21

9

Kəpəz

24

5

4

15

21-49

19

10

Səbail

24

4

6

14

20-36

18

Bombardirlər: Leandro Andrade ("Qarabağ"), Cesse Sekidika (“Sabah”) - 9 qol, Coy-Lens Mikels (“Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) – 8.

İdman.biz

Seçilən
136
3
idman.biz

10Mənbələr