AZ

Həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq edilir – Ombudsman

Bakı. Trend:

Həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiqolunmaqdadır. Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdanməhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativqətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.)tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, həbsə alternativ qətimkan tədbirlərininseçilməsi, istintaq hərəkətlərinin mümkün qədər qısa müddətdəyekunlaşdırılması, prokurorluq tərəfindən prosessual nəzarətingücləndirilməsi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzalaraüstünlük verilməsi penitensiar müəssisələrdəki sıxlıq problemininaradan qaldırılmasına da müsbət təsirini göstərəcək.

Məqalədə:
Seçilən
73
1
az.trend.az

9Mənbələr