AZ

Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
Səfirin sözlərinə görə, nazir martın 13-15-də paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.
Diplomat xatırladıb ki, bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.
"Nazirlər - Georq Georgiyev və Ceyhun Bayramov həmin görüşdə strateji tərəfdaşlığın iqtisadi, ticari və enerji aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər", - o deyib.
Seçilən
99
50
oxu.az

10Mənbələr