AZ

Mask: "X" sosial şəbəkəsinə miqyaslı hücum var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün miqyaslı kiberhücum nəticəsində "X" platformasının işində problemlər yaranıb".
Oxu.Az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsinin baş direktoru İlon Mask platformadakı hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, hücum platformanın adətən üzləşdiyi gündəlik kibertəhdidlərdən xeyli miqyaslı və daha koordinasiya edilmiş şəkildə olub:
"X"ə miqyaslı kiberhücum olub və hələ də davam edir. Bizə hər gün hücum edirlər, amma bu hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumda ya iri, koordinasiya edilmiş qrup, ya da bütöv bir ölkə iştirak edir. İzləyirik".
"X" sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb.
Oxu.Az-ın "Downdetector"a istinadla verdiyi məlumata görə, nasazlıq Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində qeydə alınıb.
İstifadəçilərin bəziləri ümumiyyətlə sayta daxil ola bilməməkdən şikayətlənib, digərləri isə paylaşım edə bilmədiklərini və paylaşımları görmədiklərini qeyd ediblər.
Şirkətdən hələ ki bununla bağlı açıqlama verilməyib.
Seçilən
17
50
oxu.az

10Mənbələr