AZ

​Bizim müharibəni bitirə biləcək liderə ehtiyacımız var -

Bizim bizimlə və ruslarla anlaşa biləcək və müharibəni bitirə biləcək liderə ehtiyacımız var. Metbuat.az xəbər verir ki, ABŞ-nin milli təhlükəsizlik məsələləri üzə müşaviri Mike Valtz belə açıqlama verib. ABŞ-nin Ukrayna Prezidenti Vladimir Zelenskinin istefasını istəməsi ilə bağlı məsələdən danışan Mike Vals bildirib ki, Zelenski müharibəni bitirmək üçün vicdanla hərəkətə etməyə hazır deyil. Görüş günü Ukrayna ilə nadir torpaq elementləri müqaviləsini imzalamağa hazır olduqlarını bildirən Valsın sözlərinə görə, Zelenski hörmətsiz davranışlar sərgiləyib. Vals qeyd edib ki, hər iki tərəf sülh üçün güzəştə getməli və müharibəni həmişəlik bitirmək üçün Avropanın təhlükəsizlik zəmanəti təmin edilməlidir.

Vals ABŞ-nin Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı mövqeyini təkrarlayıb və bildirib ki, bu, avtomatik olaraq ABŞ qoşunlarını müharibəyə cəlb edəcək.

Seçilən
40
14
metbuat.az

10Mənbələr