Ukrayna bu il təhlükəsizlik zəmanəti və müharibənin dayandırılmasını istəyir.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı “müzakirə olunan mineral ehtiyatlar üzrə sazişdə hansı təhlükəsizlik təminatlarını görmək istərdiniz” sualına cavab verərkən deyib.
“Mənim zəmanətlərimi bilirlər... Məsələn, bunu hamı başa düşür. Hətta NATO-ya daxil olmayan ölkələr də. Bunu Yaxın Şərqdə də başa düşürlər. Biz - Ukrayna - elə bir vəziyyətdəyik ki, bizim üçün təhlükəsizlik zəmanətlərinin çox formatı yoxdur”, - o qeyd edib.
Dövlət başçısı əlavə etdi ki, “heç kim sadəcə olaraq yeni, qlobal, kosmik bir şey qurmayacaq”.
“Biz təhlükəsizlik zəmanəti istəyirik, çünki bu il müharibəni bitirmək istəyirik”, - Zelenski vurğulayıb.
Zelenski ABŞ prezidenti Donald Trampın onun Ukrayna vətəndaşları arasında güvən reytinqinin 4% olması ilə bağlı açıqlamasına cavab verib. Dövlət başçısı rəy sorğularını şərh etmədiyini qeyd edib, lakin xatırladıb ki, KIIS-in son reytinqi ukraynalıların 57%-nin ona etibar etdiyini göstərib.
“Əgər kimsə məni indi əvəz etmək istəsə, o zaman bu, işləməyəcək”, - prezident deyib.
Zelenski əlavə edib ki, 4% etibar haqqında məlumat Rusiyadan gəlir və bu, ABŞ və Rusiya nümayəndələri arasında müzakirə olunub.
“Biz bunu başa düşürük və bu rəqəmlərin Amerika ilə Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, xalqın lideri kimi böyük hörmət bəslədiyimiz, çox hörmət etdiyimiz prezident Tramp dezinformasiya məkanında yaşayır".
Dövlət başçısı vurğulayıb ki, indi bir nömrəli məsələ etimad reytinqi deyil, Ukraynanın özünü Rusiya atəşindən necə qoruya bilməsi və hərbi əsirlərin qaytarılmasıdır.
"Patriotların sayının artırılması ilə bağlı sualıma ABŞ-dan cavab eşitməmişəm, baxmayaraq ki, bunu daim qaldırıram", - Zelenski əlavə edib.
"Cebheinfo.az"