AZ

Havanın temperaturu 16 dərəcəyə yüksələcək - PROQNOZ

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Seçilən
26
20
azertag.az

10Mənbələr