AZ

Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 17 dəfəyə yaxın artıb

Bakı. Trend:

Ötən il Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarınınhəcmi 190,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə178,9 milyon ABŞ dolları və ya 16,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan Serbiyaya 181,2 milyon ABŞdolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəkigöstəriciyə nisbətən 180,7 milyon ABŞ dolları, başqa sözlə, 366dəfə artım deməkdir.

Həmçinin ötən il Azərbaycana Serbiyadan məhsul idxalı illikmüqayisədə 1,8 milyon ABŞ dolları və ya 16,7% azalaraq 10,9 milyonABŞ dollarına bərabər olub.

Təkcə bu ilin yanvar ayında isə Azərbaycanla Serbiya arasındaticarət əməliyyatlarının həcmi 17,3 milyon ABŞ dolları olub.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 16,4 milyon ABŞ dolları və ya 19,7 dəfə çoxdur.

Hesabat ayında Azərbaycandan Serbiyaya 16,7 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edilib. 2024-cü ilin yanvar ayında isəAzərbaycandan sözügedən ölkəyə ixrac əməliyyatları qeydəalınmayıb.

Eyni zamanda bu ilin yanvarında Azərbaycana Serbiyadan məhsulidxalı illik müqayisədə 262 min ABŞ dolları və ya 30% azalaraq 614min ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Seçilən
75
5
az.trend.az

10Mənbələr