AZ

Siqnallar aldıq, Rusiya sülhə hazırdır - Tramp

Danışıqlar zamanı ABŞ hökuməti Ukraynanın böhranın sülh yolu ilə nizamlanması üzrə saziş bağlamağa hazır olması barədə Rusiyadan inandırıcı siqnallar alıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresində çıxışı zamanı deyib.

“Eyni zamanda Rusiya ilə ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair inandırıcı siqnallar aldıq. Bu çılğınlığı, qətlləri dayandırmağın vaxtı gəldi. Bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, - Tramp bildirib.

Seçilən
11
4
axar.az

5Mənbələr