AZ

Xameneyinin müşaviri Türkiyəyə “xəbərdarlıq” etdi: “Səssiz qalmayacağıq”

İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ankara və Tehran arasında artan diplomatik gərginlikdən sonra Türkiyəyə xəbərdarlıq etdiyini düşünərək deyib:

“İran mübaliğələr qarşısında heç vaxt susmayacaq. Tehran heç bir ölkənin düşünülməmiş açıqlamalarla tarixi və dərin regional əlaqələri təhlükəyə atmasına icazə verməyəcək. Türkiyə rəsmilərindən də bəyanatlarında diplomatik nəzakətə riayət etmələrini və “əsassız iddiaları” təkrarlamaqdan çəkinmələrini gözləyirik”.

Xameneyinin müşaviri ikitərəfli münasibətlərə toxunaraq vurğulayıb: “Türkiyədə bəziləri yanlış mövqeləri təkrarlamaqla və xarici təsir altında İranın bölgədəki mövqeyini zəiflədə biləcəklərini düşünürlərsə, yanılırlar”.

visiontv.az



Seçilən
74
2
visiontv.az

3Mənbələr