AZ

Başqırdıstanda çoxmənzilli binada partlayış baş verib, yaralananlar var

Rusiyanın Başqırdıstan Respublikasının Mixaylovka qəsəbəsində yerləşəən çoxmənzilli binada partlayış baş verməsi nəticəsində iki nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər Mixaylovka qəsəbəsində ikimərtəbəli binanın mənzillərindən birində yanıcı buxarların kəskin alışması və ardınca partlayış baş verib. Hadisə nəticəsində iki xəsarət alıb. Üç nəfər təxliyə olunub", - məlumatda qeyd edilib.

Seçilən
16
2
report.az

3Mənbələr