UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Redaktor.az xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçirilib.
Günün ilk matçında İtaliya "İnter"i Niderlandda "Feyenoord"a 2 cavabsız qolla qalib gəlib.
İngiltərənin "Liverpul" komandası Fransada PSJ-nin qonağı olub. Bu görüşdə Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
"Benfika" Portuqaliyada İspaniya nəhəngi "Barselona"ya 0:1 hesabı ilə uduzub. Almaniya "Bavariya"sı isə öz meydanında "Bayer"in qapısından 3 top keçirib.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
5 mart
21:45. “Feyenoord” (Niderland) - "İnter" (İtaliya) - 0:2
00:00. “Bavariya” (Almaniya) - “Bayer” (Leverkuzen, Almaniya) - 3:0
00:00. PSJ (Fransa) - “Liverpul” (İngiltərə) - 0:1
00:00. “Benfika” (Portuqaliya) - 0:1 “Barselona” (İspaniya)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları martın 11-12-də təşkil olunacaq.