AZ

Ukraynada Rusiya vətəndaşını orduya səfərbər edən hərbi komissar cərimələnib

Ukraynanın İvano-Frankovsk vilayətindəki ərazi komplektləşdirmə mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən hərbi komissar Rusiya vətəndaşını səfərbər edib. Buna görə o məhkəmə tərəfindən cərimələnib.

Herbiand.az bildirir ki, bu barədə “STRANA.ua” yazıb.

Məlumata görə, Vitali adlı hərbi komissar vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. İnzibati xətaya görə polkovnik-leytenant 17 min qriven (411,6 dollar) məbləğində cərimələnib.

Hərbi komissar həmin vətəndaşın əcnəbi olduğunu bilib. Əsasnaməyə görə isə belə şəxslər Ukrayna Silahlı Qüvvələrinə çağırılmır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
76
herbiand.az

1Mənbələr