AZ

Gəncədə hamilə qadının və körpəsinin ölüm SƏBƏBİ BİLİNDİ

Gəncədə 41 yaşlı hamilə qadının və körpəsinin ölüm səbəbi məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, xəstə gətiriləndə artıq ağır vəziyyətdə olub.

"6 fevral saat 05:00-də 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb. Körpə də ana bətnində ölüb", - deyə məlumatda bildirilir.

Bizim.Media

Seçilən
52
14
bizim.media

10Mənbələr