Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, martın 4-də DSX-nın Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.