AZ

Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Gəncədə kommunal tipli yaşayış binasında baş verən yanğının qarşısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın söndürülüb.

***

17.37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***

16.54

Gəncədə bir-birinə bitişik ikimərtəbəli evlərdə yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürən birqadası cəlb olunub.

Gəncədə Gəncədə
Seçilən
153
4
apa.az

10Mənbələr