AZ

Suriyanın Latakiya əyalətində komendant saatı tətbiq edilib

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar fonunda Latakiya əyalətinin Daxili Təhlükəsizlik İdarəsi cümə günü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Cümə axşamı Əsədin bir qrup tərəfdarı Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinin ətrafında yeni administrasiyanın Daxili Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Al Jazeera”nin verdiyi məlumata görə, silahlılarla toqquşmalarda təhlükəsizlik orqanlarının azı 15 əməkdaşı həlak olub.

SANA xəbər agentliyinin məlumatına görə, keçmiş prezidenti dəstəkləyən silahlı qruplar Latakiya əyalətinin cənubunda yerləşən Beyt-Ana qəsəbəsindəki hərbi obyektlərə də hücum ediblər. Hücum nəticəsində təhlükəsizlik xidmətinin 1 zabiti ölüb, daha bir neçə nəfər yaralanıb.

“Syria TV” telekanalının məlumatına görə, partlayışların baş verdiyi Latakiya şəhərində, Əz-Zirə məhəlləsində və cinayət axtarış idarəsi yaxınlığında da şiddətli atışmalar gedir. Xüsusi təyinatlı qüvvələrin döyüşçüləri silahlı dəstələrin hücumlarını dəf etməyə və onları itkilərə məruz qoymağa nail olublar.

Seçilən
38
1
report.az

10Mənbələr