AZ

Polşa Prezidenti: Avropa müharibəyə hazır deyil

Polşa Prezidenti Andjey Duda “Rusiya imperializmi”nin dirçəlişindən danışıb və qeyd edib ki, Avropa potensial genişmiqyaslı fəaliyyətə hazır deyil. “Report” xəbər verir ki, bu barədə “Polsat News” yazır.

Duda müdafiə xərclərini ÜDM-in 3 %-ə çatdırmağa çağırıb. Onun sözlərinə görə, Polşa ictimaiyyəti hadisələrin belə inkişafına hazırdır.

Polşa prezidenti qeyd edib ki, NATO-nun şərq cinahında yerləşən ölkələrdə müdafiə xərclərinin artması birbaşa təhlükə hissi ilə bağlıdır. Onun fikrincə, NATO müdafiə xərclərini artırmasa, Rusiya Ukraynadakı münaqişə bitdikdən sonra NATO ölkələrindən birinə hücum etmək istəyə bilər.

Duda vurğulayıb ki, Avropa 2022-ci ilin fevralındakı vəziyyətin nümayiş etdirdiyi kimi müharibə təhlükəsinə tamamilə hazır deyil.

“Ukraynaya qısa zamanda silah ötürmək lazım olanda məlum oldu ki, NATO-nun Avropa hissəsində mövcud olan bütün sursatlar yalnız bir neçə günlük müharibəyə çatacaq”.

Seçilən
62
1
report.az

10Mənbələr