Əvəzedicilər Liqasında çıxış edən “Qarabağ-2”nin futbolçusu Nihad Mollayev 4 oyunluq cəzalandırılıb.
“Football-plus.az” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının 25-ci turunda “Sumqayıt-2” ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.
AFFA “Sumqayıt-2”ni də cəzalandırıb. “Qarabağ-2” ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta