AFFA-nın əməkdaşları UEFA-nın Marketinq və Kommersiya İşləri Konfransında iştirak ediblər.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Grow proqramı çərçivəsində təşkil olunan tədbirdə məqsəd milli assosiasiyaların potensialını maksimum dərəcədə artırmaq, bilik mübadiləsini gücləndirmək və onları bir araya gətirmək olub.
Konfrans Yunanıstanın paytaxtı Afinada gerçəkləşib.
İki günü əhatə edən tədbirdə futbol və digər sektorlar üzrə ən son trendlər, innovasiyalar müzakirə olunub.