AZ

"Crocus" terrorçusu ABŞ-də tutuldu - FOTO

“Crocus City Hall”da baş verən terror aktını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Şərifullah ABŞ-də saxlanılıb.   Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Departamenti məlumat yayıb. Bildirilib ki, o, Əfqanıstanda 13 amerikalı əsgərin ölümünə səbəb olan terror hücumu ilə bağlı əməliyyatlar çərçivəsində həbs edilib. Daha sonra həmin şəxs “Crocus”da terrorçulara göstəriş verdiyini də etiraf edib. Qeyd edib ki, “Cəfər” ləqəbli terrorçu hücumçulara “Kalaşnikov” avtomatı və digər silahlardan necə istifadə etmək barədə təlimatlar ötürübmüş. Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Şərifulla “Crocus”da törədilən terror aktından sonra həbs edilən 4 nəfərdən ikisini əvvəllər göstəriş verdiyi şəxslər kimi tanıyıb. Şərifullah martın 5-də Virciniya ştatında məhkəmə qarşısına çıxıb. Növbəti məhkəmə prosesi martın 10-da keçiriləcək.

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də bir qrup silahlı yaraqlının “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atışmalara başladığı zaman baş verib. Daha sonra bina alovlanıb və çöküb. Azı 145 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Seçilən
26
7
manset.az

8Mənbələr