AZ

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Bakı. Trend:

Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayevidarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada,1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığıxəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlıcinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
29
1
az.trend.az

3Mənbələr