Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan reportyor.tv-yə bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta