Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Diyarbəkirin mərkəzi Bağlar rayonunda <…> ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”,…> – agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.“Anadolu” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.