AZ

Diyarbəkirdə məşhur kafeyə silahlı hücum olub, ölən və yaralanan var

Türkiyənin Diyarbəkir şəhərində "Starbucks" qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

"Diyarbəkirin mərkəzi Bağlar rayonunda "Starbucks"da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb", - agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.

"Anadolu" agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Seçilən
11
8
milli.az

9Mənbələr