AZ

Alleqri qayıdır?

"Milan" yayda baş məşqçi dəyişikliyi edə bilər.

Yenisabah.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "rossoneri"lər Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirir. Hazırda 57 yaşlı Alleqri klubsuzdur. 

İtaliyalı mütəxəssis 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. "Milan" onunla 2011-ci ildə çempionluq və İtaliya Superkubokunu qazanıb.

Hazırda "Milan"ı Serxio Konseysao çalışdırır. O, 2024-cü ilin sonundan komandaya rəhbərlik edir. "Milan" A seriyasında hazırda 9-cu yeri tutur.


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr