AZ

Məşhur kafeyə silahlı hücum olub, ölən və yaralanan var

Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb.

“Diyarbəkirin mərkəzi Bağlar rayonunda <…> ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”, – agentlik bildirib.

Agentlik qadının xəstəxanada öldüyünü vurğulayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
8
avtosfer.az

9Mənbələr