Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimov deyir ki, 30 ildən çoxdur Epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb.
Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət etdib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülmeyib.. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.
Məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən də münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.