Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb. Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.