Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.
Publika.az xəbər verir ki, bunu Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şəraa ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədilə yeni nifaq salmaq, vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - deyə əl-Şəraa teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
Dəməşqdəki yeni administrasiyanın rəhbəri söz verib: "Suriya möhkəm qalacaq və biz heç bir xarici qüvvələrin və ya yerli tərəflərin onu xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcəyik".