AZ

Səhər acqarına limonlu su içsəniz, bədəninizə necə təsir edər?

Sağlam həyat tərzinə üstünlük verənlər arasında limonlu su içmək vərdişi getdikcə daha da artır.


Pravda.az xəbər verir ki, C vitamini və antioksidantlarla zəngin olan limonlu su immuniteti gücləndirir, həzm sistemini dəstəkləyir və metabolizmanı sürətləndirir.
 

Limonlu suyun faydaları
 

Mütəxəssislərin fikrincə, limonlu su gündəlik istehlak edildikdə bir çox fayda verə bilər:
 

İmmuniteti gücləndirir – C vitamini tərkibi ilə orqanizmi xəstəliklərə qarşı qoruyur.


Həzm sisteminə kömək edir – Qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir.
 

Böyrək daşlarının yaranmasını əngəlləyir – Sitrik turşu böyrəklərin sağlam qalmasına kömək edir.


Dəri sağlamlığını yaxşılaşdırır – Kollagen istehsalını dəstəkləyərək dərinin parlaq görünməsini təmin edir.
 

Qan təzyiqini tənzimləyir – Ürək-damar xəstəliklərinin riskini azaldır.
 

Limonlu su necə hazırlanır?


Limonlu su hazırlamaq üçün sadəcə bir stəkan suya təzə limonun suyunu sıxmaq kifayətdir. Daha təsirli nəticə üçün bu resepti sınaya bilərsiniz:


1 stəkan su
 

15 ədəd cəfəri


1 ədəd limon


Bütün inqrediyentləri blenderdən keçirib, səhərlər acqarına içmək tövsiyə olunur. Bu qarışıq maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesinə dəstək ola bilər.


Limonlu suyun zərərləri:


Həkimlər xəbərdarlıq edir ki, limonun tərkibindəki turşu diş minasına zərər verə bilər. Daimi istehlak edənlər üçün limonlu suyu "pipetka" vasitəsilə içmək məsləhətdir.

Qeyd: Limonlu suyun sağlamlığa faydalı olduğu elmi araşdırmalarla sübut edilsə də, hər hansı bir sağlamlıq problemi olan şəxslərin həkim məsləhəti ilə bu suyu içməsi tövsiyə edilir.


Əminə Bayramova 

Tarix: 10 Mart 2025, 14:00   
Seçilən
14
6
pravda.az

6Mənbələr