AZ

İşçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 958 milyon manatdan çox haqq yığılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manat olub.

Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15 % artaraq 648,4 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,7 % artaraq 34,4 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,2 % artaraq 26,7 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,6 % artaraq 177 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,8 % artaraq 122,3 milyon manat olub. 

Seçilən
7
15
valyuta.az

10Mənbələr