AZ

Əməliyyatdan sonra iflic olan aktyorun qızı: "Vəziyyəti həddən artıq ağırdır"

Bir neçə gün öncə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun qızı Leyla Rəhimlinin Oxu.Az-a verdiyi məlumata görə, onun vəziyyəti çox ağırdır:
"Süni tənəffüs aparatına qoşuludur. Reanimasiyadadır. Vəziyyəti həddən artıq ağırdır, kritikdən də kritikdir".
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.
Seçilən
59
2
yenilik.az

10Mənbələr