AZ

Avropa çempionatı: İki güləşçimiz yarımfinala yüksəldi

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 4 təmsilçisi mübarizəyə start verib. Onlardan ikisi yarımfinala yüksəlib. 53 kq çəki dərəcəsində italiyalı Mariya Feroneyə tam üstünlüklə (11:0) qalib gələn Elnurə Məmmədova finala vəsiqə üçün ispaniyalı Karla Solerlə qarşılaşacaq.
65 kq çəkidə yarışan Ruzanna Məmmədova isə polşalı Olqa Padoşikə 6:3, rusiyalı Yekaterina Koşkinaya (UWW) isə 8:6 hesabıyla qalib gələrək yarımfinala adlayıb. Güləşçimizin növbəti rəqibi belaruslu Kseniya Tsyareniya (UWW) olacaq.

Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya (UWW) 2:10 hesabıyla məğlub olub. Birgül Soltanova (62 kq) isə bu mərhələdə fransalı İris Tibuya 1:3 hesabıyla uduzub.

Qeyd edək ki, yarımfinal mərhələsi Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.

Seçilən
154
3
fanat.az

10Mənbələr