AZ

Dünyanın ən çirkli 10 şəhəri: Liderlik bu ölkəyə məxsusdur - FOTOLAR

İsveçrənin IQAir şirkətinin hava çirkliliyi ilə bağlı son araşdırması dünyanın ən çirkli şəhərlərini müəyyən edib. Siyahıya daxil olan 10 şəhərdən 6-sı Hindistanda yerləşir.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, hesabata görə, sənayeləşmənin yüksək olduğu bölgələrdə hava keyfiyyəti kəskin şəkildə aşağı düşüb.

 

Keçən il aparılan araşdırmada dünyanın ən çirkli 20 şəhərinin hamısının Asiyada yerləşdiyi müəyyən edilib. Builki araşdırmada isə siyahıya Asiya qitəsindən kənar bir ölkənin də daxil olduğu görünür. Siyahıda Asiya qitəsindən kənarda yer alan yeganə şəhər Mərkəzi Afrikanın Çad ölkəsindən olan Ndjamena şəhəridir. 

 

Məlumata görə, dünyanın ən çirkli şəhərlərinin əksəriyyəti Hindistanda yerləşir. Burada iqtisadi artımın böyük hissəsi kömürdən asılıdır və milyonlarla insan nəqliyyat sıxlığının yüksək olduğu şəhərlərdə yaşayır. 

 

IQAir-in hesabatına əsasən, dünyanın ən çirkli şəhərləri aşağıdakılardır: 

 

Dehli – Hindistan 

 

Birnihat – Hindistan 

 

Karaqanda – Qazaxıstan 

 

Mullanpur – Hindistan 

Faridabad – Hindistan 

 

Lahore – Pakistan 

 

Dera İsmail Xan – Pakistan 

 

Ndjamena – Çad 

 

Loni – Hindistan 

 

Yeni Dehli – Hindistan 

 

Bəsti Rəfizadə
 

Seçilən
20
24
sfera.az

10Mənbələr