AZ

Bal artsa da, arı ailələri azalır – Şirin bazarda acı gerçəklik!

Ötən il balın 1 kiloqramı 28,6 manatdan satılıb. 

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə 30601 təsərrüfatda mövcud olan 579,0 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub. İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7,0 manat qeyd olunub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz azalıb. Bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb. Mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faiz azalıb. Qeyd edək ki, arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalmasına səbəb arı ailələrində yaranan xəstəliklər göstərilir.   

Sərvanə Rəmixanova

Seçilən
10
9
valyuta.az

10Mənbələr