AZ

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Bakı. Trend:

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa ölkənin MilliTəhlükəsizlik Şurasının yaradılması haqqında fərman verib.

Trend xəbər verir ki, bubarədə SANA agentliyi məlumat yayıb.

"Milli Təhlükəsizlik Şurası Prezidentin sədrliyi ilə yaradılır.Onun məqsədi təhlükəsizlik və siyasi məsələləri koordinasiya vəidarə etməkdir", - agentlik fərmandan sitat gətirib.

Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkəninkəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranıniki məsləhətçi üzvü və Şəraa tərəfindən təyin edilmiş texnikiekspert olacaq.

“Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarlabağlı qərarlar Milli Təhlükəsizlik Şurası üzvləri iləməsləhətləşmələr əsasında qəbul ediləcək”, - fərmanda qeydedilir.

Görüşlər vaxtaşırı və ya prezidentin qərarı ilə keçiriləcək.

Seçilən
16
8
az.trend.az

10Mənbələr